18 Oktyabr 17:40

Sabunçu Gənclər Evində məktəblilər üçün “Faydalı 2 saat” proqramı

Sabunçu Gənclər Evi-Fizika qrupu

Əziz məktəblilər, yenidən “Faydalı 2 saat” proqramına start veririk!

Proqram çərçivəsində siz məktəbdə çətinlik çəkdiyiniz fənlərdən dərslər keçib, öz biliyinizi artıra, ev tapşırıqlarınızı yerinə yetirə bilərsiniz .

İlk olaraq sizə FİZİKA QRUPUNU təqdim edirik.

Fizika fənnindən dərslər həftənin 3 və bazar günləri saat 14:00-da keçiriləcəkdir.

 

Qeyd edək ki, dərslərdə yalnız 8, 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.

Qeyd: sosial durumu zəif olan, məcburi köçkün və şəhid ailələrinin övladlarına üstünlük veriləcəkdir.

Müraciət üçün ad, soyad, təvəllüd, əlaqə nömrəsini və “Faydalı 2 saat-fizika” yazıb  [email protected] ünvanına göndərin. Və yaxud Sabunçu Gənclər Evinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərsiniz.

Bəyən və paylaş