#
20 İyun 11:01

SAF 2018 -Xaricdə Təhsil Formu

Xəyal et! Səy göstər! Arzuna çat!

2018 Xaricdə Təhsil Forumu

Gələcək hədəflərinizdə xaricdə təhsil var? Bu işə necə başlamaq lazımdır? Məqsədlərinizə çatmaq üçün ən yaxşı yol hansıdır?

30 iyunda “Landmark” oteli, “Ratunda” zalında “2018 Xaricdə Təhsil Forumu”nda yuxarıdakı suallara cavab tapa bilərsiniz.

Doğru qərar vermək üçün bizi izləyin!
Vision Academy-nin dəstəyi ilə baş tutan Forumda xaricdə təhsil almaq istəyənlər və daha geniş kütlə üçün yollar və praktik suallar araşdırılacaq. Tədbir bu sahədə ən yaxşı təcrübələr haqda məlumat toplamaq, fikir mübadiləsi aparmaq və bölüşmək üçün əla imkandır!
Forum gündəliyinə Amerika, Kanada, Avropa, Asiya ölkələri və Türkiyədə təhsil imkanları, universitetlər tərəfindən qoyulan tələblər, təqaüd imkanları, o cümlədən tələbələrin dilindən xaricdə təhsilin açdığı imkanlar kimi önəmli məsələlər daxil edilib.
Forumda Vision Academy-nin tərəfdaşları və xidmətlərimizdən yararlanmış tələbələrin düşüncələri təqdim ediləcək.
Dəvətlilər və spikerlər arasında tanınmış ictimai xadimlər, təhsil ekspertləri, təhsil müəssisələrinın rəhbər işçiləri, millət vəkilləri və jurnalistlər var.
Eyni zamanda Vision Academy tərəfindən 2,018 AZN məbləğində xaricdə təhsil lotoreyası keçiriləcək.
Forum iştirakçıları nahar və kofe-çay fasiləsi ilə təmin olunacaqlar.

İştirak üçün ödəniş 30AZN təşkil edir.

*Tədbirdə iştirak dəvətnamə və ya biletlədir. Biletləri Vision Academy ofisindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün klik edin: SAF 2018 -Xaricdə Təhsil Formu

Formun gündəliyi:

Bəyən və paylaş

Rəylər

rəy(lər)