reklam

Şagirdlər barədə hər hansı bir məlumatın açıq şəkildə paylaşılması düzgündürmü?

Şagirdlər barədə hər hansı bir məlumatın açıq şəkildə paylaşılması düzgündürmü? Şagirdlərin KSQ, BSQ, sınaq, qəbul və s. nəticələri barədə hər hansı məlumatın qarşı tərəfin razılığı olmadan məktəb və ya müəllimlər tərəfindən açıq şəkildə paylaşılması mövzusunda Təhsil meneceri Hüseyn Hüseynovun fikirlərini sizə təqdim edirik. Hüseyn Hüseynov: Yaşından aslı olmayaraq - uşaq, yeniyetmə, gənc, yaşlı, hər kəs bir şəxsiyyətdir, bir fərddir. Söhbət hər hansı şəxsi məlumatdan gedirsə burada mütləq şəkildə konfedesiallıq (gizlilik) qorunmalıdır. Məsələ konkret olaraq məktəb şagirdi ilə bağlıdırsa, burada ilk növbədə şagirdin şəxsiyyətinə hörmət edilməli və fərdi yanaşma olmalıdır. Ona görə də, şagird haqda istənilən bir məlumatın (əsasən də imtahan nəticələrin) fərdin icazəsi olmadan açıq formada paylaşımı düzgün deyil! Bu nə pedaqoji, nə də fərdi yanaşma nöqteyi nəzərdən uyğun deyil. Şagirdin nəticəsinin zəif olmasına heç bir halda uşaq günahkar deyil, buna günahkar 2 nəfərdir: valideyn və müəllim. Şagirdin halını heç bir halda rəqəmlər ifadə edə bilməz. Bu cür açıq şəkildə rəqəmlərin, göstəricilərin paylaşımı çox risklidir, çünki belə paylaşımlar şagirdlər arasında yersiz və mənasız rəqabətə, valideynlər arasında narazılığa, yuxarı nəticəsi olan şagirdlərin ekosentrizmin yüksəlməsinə, aşağı nəticə əldə edən şagirdlərin isə rəqəmlərə görə “aşağılanmasına” və psixoloji gərginliklərə, bulinqlərə və bəzi hallarda intihara qədər gətirib çıxara bilər. O rəqəmlər yalnız sənədləşmə və uyğundursa fərdi ünsiyyətdə istifadə olunması üçündür. Onu da qeyd edim ki, bu barədə həmçinin Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu da vardır. Belə ki, qanuna əsasən məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla fərdin icazəsi olmadan onun haqqında hər hansı bir məlumatın paylaşımı yolverilməzdir. Bununla bağlı işlək və uyğun nümunə kimi abituriyentlərin ali məktəblərə qəbul imtahanı, müəllimlərin işə qəbulu imtahanı nəticələrinin konfedesiallığını misal gətirmək olar. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsinə (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) görə icazəsiz məlumat paylaşıma görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. P.S.: Şagirdin şəxsiyyətinə heç bir halda rəqəmlərə görə diqqət və hörmət edilməli deyildir. P.S.S.: Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir. Bütün qanunlar əlçatandır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az