4 İyul 20:13

Şagirdlər və valideynlərin nəzərinə!

Şagirdlər və valideynlərin nəzərinə!
Bölgələrimizdəki şagirdləri bizimlə ÖYRƏNməyə dəvət edirik! 😃
“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbinə qoşulun, yay tətilinizə maraq qatın!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək “Təhsil Avtobusu – Nəsimi” yay məktəbi bu il 23-29 iyul tarixlərini əhatə edəcək Qusar, Astara, Cocuq Mərcanlı, Qazax və Şamaxının şəhər və ucqar kəndlərində yerləşən məktəblərin 6-9-cu sinif şagirdlərini əhatə edəcək.

“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi zamanı komandamız bölgələrimizdəki orta göstəriciləri zəif və orta olan şagirdlər üçün Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı marşrutu üzrə səfər edəcək.
Məhz bu bölgələrin şagirdləri qeydiyyatdan keçərək, yalnız öz bölgələrində keçiriləcək “Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbinə qoşula bilərlər. ☺️🚌

Nəsimi ilinə həsr olunan Yay Məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

“Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbində iştirakçı ola bilər:
– Qusar, Astara, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, Qazax, Şamaxı şəhərlərinin kənd və şəhər məktəblərinin şagirdləri;
– Orta göstəricisi (qiymətləri) orta və zəif olan şagirdlər;
– Yay tətilini daha faydalı etmək istəyənlər;
– Maraqlı və peşəkar insanlarla tanış olmaq istəyənlər;
– Bir gün ərzində həm əylənmək, həm öyrənmək istəyənlər;

Qeydiyyat linki:
https://educationbus.typeform.com/to/xxSEBa

Son müraciət tarixi: 08.07.2019

Qeyd edək ki, seçim zamanı ilk öncə kənd məktəbləri, daha sonra isə şəhər məktəblərinə üstünlük veriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)