Şagirdlərin Şəxsi İnkişaf Platformasının şagirdlərdən ibarət İdarə Heyəti formalaşdırılacaq

Şagirdlərin Şəxsi İnkişaf Platformasının şagirdlərdən ibarət İdarə Heyəti formalaşdırılacaq. Platformanın İdarə Heyətində təmsil olunmaq istəyən VII-XI sinif şagirdləri 20 noyabr saat 22.00-a qədər onlayn qaydada müraciət etməlidirlər.
Birinci mərhələdən keçən namizədlərlə onlayn müsahibə ediləcək. Şagirdlərin Şəxsi İnkişaf Platformasının İdarə Heyətinin 11 üzvdən ibarət olması planlaşdırılır. İdarə Heyətindəki fəaliyyətlər könüllüdür.
Məlumat üçün bildirək ki, Şagirdlərin Şəxsi İnkişaf Platforması Təhsil Nazirliyinin dəstəyi və T-Network təşkilatçılığı ilə hazırlanıb. Şagirdlərin nümunəvi Azərbaycanlı olmalarını və onların şəxsi inkişafını dəstəkləmək məqsədi ilə bu çərçivədə 21-ci əsrin bacarıq və səriştələri ilə əlaqəli müxtəlif mövzularda azərbaycan dilində video məzmunlar hazırlanır. Eyni zamanda əyani və onlayn görüşlər, ustad dərsləri təşkil olunur.
İdarə Heyətinin üzvləri üçün üstünlüklər:
- Yeni əlaqələr və təcrübələr əldə etmək, müxtəlif mütəxəsislərlə bir başa tanış olmaq;
- Mentorluq proqramında ödənişsiz iştirak etmək;
- Komanda ilə işləmək, təqdimat və liderlik bacarıqlarını təkmilləşdirilmək;
- Xarici universitetlərə qəbul zamanı seçilmək şansını artırmaq;
- Asudə vaxtı səmərəli təşkil etmək;
- Nümunəvi Azərbaycanlı olmaq.
Namizədlərə dair tələblər:
- VII-XI sinifdə təhsil almaq;
- İngilis dilini “Pre intermediate” səviyyəsində bilmək;
- Təşəbbüskarlıq, yaradıcı düşüncə, təqdimat və komanda ilə işləmək bacarığı;
- Sosial fəaliyyətlərdə aktiv iştirak;
- Word və Power Pointdə işləmək bacarığı;
- Nizam-intizam qaydalarına riayət;
- Həftədə bir neçə saat vaxt ayırmaq;
- İnternetə çıxış imkanlarına malik olmaq.
Vəzifələr:
- Platformanın tədbirlərində aktiv iştirak etmək;
- Platformanın üzvləri ilə səmərəli iş qurmaq;
- Təkliflər irəli sürmək və icra etmək;
- Yeni şagirdlərin prosesə qoşulmasını təmin etmək;
- Digər şagirdlərin inkişafında yol göstərən olmaq.
Son qeydiyyat tarixi:
20 Noyabr 2021-ci il
Saat 22.00

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az