7 Dekabr 22:50

Sağlam Gələcək Bizimlə Gələcək

“Sağlam gələcək bizimlə gələcək” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə məişətdə və şəxsi həyatda sanitar-gigiyenik qaydaları gənclərə aşılamaq və bunlara riayət olunmasını təmin etmək, gənclərin sağlamlığını qorumaq, sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırmaq, zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verməklə şagirdləri gələcək həyatlarında bu tipli vərdişlərdən uzaq tutmaq məqsədi daşıyır.
Layihə 4 mərhələdən ibarətdir. İlk iki mərhələ təlim mərhələsi adlanır ki, burada iki müxtəlif məktəbdə mövzu ilə bağlı təlimlər keçiriləcək. Təlimdə iştirak etmiş gənclər layihənin üçüncü mərhələsi olan test mərhələsinə dəvət olunacaqlar. Sonda təlim və test mərhələsində iştirak etmiş hər kəs sertifikatlarla, test mərhələsində fərqlənənlər isə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin ilk mərhələsinin 13 dekabr tarixində Nizami rayonu 12 nömrəli orta məktəbin akt zalında həyata keçirilməsi nəzərdə tutulub.

Hamınızı layihədə iştirak etməyə və insan sağlamlığı, onun qorunması yolları ilə bağlı maraqlı məlumatlar əldə etməyə dəvət edirik.
Əlavə məlumat və suallarınız üçün: [email protected]

13 Dekabr – 22 Dekabr
13 Dekabr, 10:00 – 22 Dekabr, 14:00
12 saylı orta məktəb , Nizami r-nu, Bakı ş-i.
Özbəkistan küçəsi 3, AZ 1060 Baku, Azerbaijan
Bəyən və paylaş

Rəylər

rəy(lər)