2 Mart 20:14

Sağlam Qadın, Xoşbəxt Cəmiyyət

7 mart 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında saat 15:00-dan 17:00-dək “SAĞLAM QADIN, XOŞBƏXT CƏMİYYƏT” şüarı altında 8 MART Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir həyata keçiriləcək.

Tədbir zamanı həkimlər tərəfindən “Hamiləliyin izlənilməsi: sağlam hamilə-sağlam körpə”, “Artıq çəki-qadın sağlamlığı üçün təhlükə”, “Qadın sağlamlığı üçün vaxtaşırı müayinələrin əhəmiyyəti” və “Qadın sonsuzluğu: səbəbləri və müalicəsi” mövzuları üzrə çıxışlar dinləniləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Tədbirin sonunda iştirakçılara müxtəlif hədiyyələrin təqdim edilməsi planlaşdırılır. Tədbir yalnız xanımlar üçün nəzərdə tutulmuşdur.

Tədbirdə iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

QEYDİYYAT LİNKİ: https://forms.gle/5FoCxkDi6F6yW2636

Bəyən və paylaş