“Sağlam Universiada” – TURNİRLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçı qismində iştirak etdiyi “Sağlam Universiada” layihəsinə start verilir.
Layihə çərçivəsində Bakı şəhərində 8 universitet tələbələri arasında peyntbol, velosiped idmanı və atıcılıq üzrə turnirlər təşkil olunacaq. 1 komanda 3 fərqli idman növü üzrə yarışacaq.

Turnirlərdə iştirak etmək üçün qeydiyyatdan 1 komanda olaraq ( eyni universitetin 5 tələbəsi 1 komanda təşkil edir ) keçmək mütləqdir. İlk qeydiyyatdan keçən komandalar layihədə iştirak haqqı qazanacaqlar.

Qeydiyyat üçün komanda iştirakçılarının
– ad və soyadlarını
– təhsil aldıqları universitetin adını
– tələbə bileti və şəxsiyyət vəsiqələrinin scan versiyalarını
– əlaqə vasitələrini (mob, e-mail)

qeyd edib 1 mail şəklində “Sağlam Universiada” başlığı altında [email protected]m ünvanına göndərmələri xahiş olunur.

Qeydiyyat üçün son tarix: 09.01.2016 saat 10:00

Qeyd: Yarışlar yanvar ayı boyunca bazar günləri keçiriləcək.
İştirakçılar turnirlərin dəqiq vaxtı və ünvanı barədə hava şəraitinin müəyyənləşdirilməsi səbəbindən yarışdan 5 gün əvvəl məlumatlandırılacaq.

Qeyd edək ki, qalib gəlmiş universitetlərin tələbələri təşkilatçılar tərəfindən təltifləndiriləcək.
_____________________________________

Əlavə məlumat üçün:
Əlaqələndirici şəxs: Şəbnəm Məhərrəmova
Tel: +99455 285 14 52
E-mail: [email protected]m

Bir cavab yazın

Back to top button