“Sağlam və düzgün qidalanma və qida təhlükəsizliyinə ümumi baxış” adlı vebinar keçirildi

Məlumat üçün bildiririk ki, 25 may 2021-ci il tarixdə Azərbaycan TexnologiyaUniversitetinin Qida Mühəndisliyi Fakultəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlam və düzgün qidalanma və qida təhlükəsizliyinə ümumi baxış” adlı vebinar keçirildi. Vebinarda “Gənclərin Töhfəsi” İctimai Birliyin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyin sədri, Sağlam Qidalanma Mütəxəssisi Məhsəti Hüseynova, Azərbaycan Sənaye Universitetinin Qida mühəndisliyi fakültəsinin elmi və Tərbiyyə işləri üzrə dekan müavini, Qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi Afət Qasımova, "Qida mühəndisliyi" fakultəsinin Tələbə Elmi Cəmiyyətinin sədri b.f.d.Qurbanova Sevda, Qida Mühəndisliyi Fakültəsinin Funksional Qidalanma Dərnəyinin sədri Namiq Muradov, bir çox müəllim və tələbələrlər iştirak etdi.

Tədbiri giriş sözü ilə açıq elan edən Qida mühəndisliyi fakültəsinin elmi və Tərbiyə işləri üzrə dekan müavini, Qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi Afət Qasımova bildirdi ki, tələbələrin biliklərinin və məlumatlılığının artırılması baxımından bu kimi tədbirlərin keçirilməsi çox faydalıdır.

Qida Mühəndisliyi Fakültəsinin Funksional Qidalanma Dərnəyinin sədri Namiq Muradov çıxış edərək bildirdi ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə işinin aparılmasının böyük önəmi var.
advertisement
“Gənclərin Töhfəsi” İctimai Birliyin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev qida təhlkəsizliyi, sağlam və düzgün qidalanma istiqamətində gördükləri işlər haqqında çıxış edərək bildirdi ki, Qida Təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkibi hissəsidir və bu istiqamətdə dövlət tərəfindən görülən işlərlə yanaşı vətəndaş cəmiyyəti institutlarının maarifləndirmə işində yaxından iştirak etməli və ictimai nəzarət mexanizmini formalaşdırmalıdır.

“Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyin sədri, Sağlam Qidalanma Mütəxəssisi Məhsəti Hüseynova çıxış edərək tələbələrə “Sağlam və düzgün qidalanma”, “Qida qaynaqlı xəstəliklər”, “Qidaların düzgün saxlanma qaydaları” haqqında geniş məlumat verərək bildirdi ki, sağlam həyat tərzinin ayrılmaz hissəsi düzgün, sağlam qidalanmadır. Qəbul etdiyimiz qidaların tərkibi zülallar, karbohidratlar, yağlar, vitamin və minerallardan ibarət olmalıdır. Qida seçərkən qatqısız, sağlam, gmo tərkibli olmayan qidalara daha çox üstünlük verməliyik.

advertisement Sonda tələbələrin mövzu üzrə sualları cavablandırıldı və Azərbaycan TexnologiyaUniversitetinin Qida mühəndisliyi fakültəsi birgə fəaliyyətə dair memarandum imzalanması qərarlaşdırıldı.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az