Şənbə, 9 Avqust, 2025

Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Peşəkar İnkişaf Proqramı


  • Dərc edildi: 15 İyul, 2025 - 15:57
Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Peşəkar İnkişaf Proqramı

Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Peşəkar İnkişaf Proqramı

 

Əgər SƏTƏM sahəsində karyera qurmaq arzusundasınızsa və biliklərinizi real sənaye mühitində tətbiq etmək, praktiki bacarıqlar qazanmaq istəyirsinizsə, Qəbələ Konserv Zavodunun peşəkar komandası sizi strukturlaşdırılmış, mentor dəstəyi ilə müşayiət olunan təcrübə proqramına dəvət edir.

 

 Namizədə dair tələblər:

Ali təhsil – SƏTƏM, mühəndislik və ya əlaqəli texniki sahələr üzrə (tələbə və ya yeni məzun statusu)

SƏTƏM sahəsinə praktiki maraq və öyrənməyə açıq yanaşma

Qəbələ şəhərində yaşamaq və ya gündəlik gediş-gəlişi təmin etmək imkanı

Peşəkar mühitdə davranış mədəniyyəti və komanda əməkdaşlığına hazırlıq

 

Proqram çərçivəsində təqdim olunur:

 

 Hüquqi əsaslara və etik çərçivəyə uyğun təşkil olunmuş, ödənişsiz təcrübə proqramı

 Real sənaye mühiti və əməli təcrübə imkanları

 SƏTƏM sahəsində ixtisaslaşmış mütəxəssislərdən mentorluq və gündəlik dəstək

 Təcrübənin sonunda rəsmi sertifikat və iştirak təsdiqi

 Gün ərzində qida ilə təminat

 Yüksək nəticə göstərən iştirakçıların gələcəkdə işə qəbul proseslərində öncədən nəzərə alınması və rezerv namizəd bazasına daxil edilməsi

 

 Müraciət prosesi:

 

Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, mövzu hissəsində “SƏTƏM üzrə Təcrübə Proqramı – Qəbələ” yazmaqla CV-nizi aşağıdakı e-poçt ünvanına göndərə bilərsiniz:

 [email protected]

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6080
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1214
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 458
“İnnovativ məktəb” l...