Sahə işçisi vəzifəsinə dair vakansiya elanı

Sahə işçisi vəzifəsinə dair vakansiya elanı

 

“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) ictimai birliyi 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. AMFA üzvlük əsaslı biznes assosiasiyasıdır və hazırda 26 üzvü var. Azərbaycan Mikromaliyyə Assosasiyası Sahə İşçisi vəzifəsinə işçi qəbulu elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

  • Layihə səmərəliliyinin artırılması üçün layihə meneceri və komandası ilə iş birliyində çalışmaq
  • Layihə ilə əlaqədar bütün zənglərdə, görüşlərdə, veb seminarlarda iştirak etmək
  • Layihənin məqsədləri və nəzərdə tutulan fəaliyyətləri üçün potensial layihə benefisiarları ilə əlaqə qurmaq
  • Layihənin Avropa İttifaqı tərəfindən maliyyələşdirildiyi və AMFA tərəfindən icra olunduğunu layihə tərəfdaşlarına çatdırılmasını təmin etmək
  • Potensial layihə benefisiarlarının namizədliklərinin irəli sürülməsində iştirak etmək
  • Layihə benefisiarlarını layihə fəaliyyətlərindən bəhrələnməzdən əvvəl və sonra qiymətləndirmək (foto və video çəkmək)
  • Layihə benefisiarının yaşını, ailə vəziyyətini və ailədəki üzvlərinin sayını, sağlamlıq vəziyyətini, yaşayış şərtlərini, gəlir mənbələrini və iş şəraiti haqqında qısa məlumat hazırlamaq
  • Bölgədəki bütün logistik məsələlərə cavabdeh olmaq
  • Layihə haqqında benefisarlara məlumat vermək
  • Sərmayə kapitalının verilməsi üçün alınacaq avadanlıq və xammalın siyahısını hazırlamaq
  • Lazımi sənədlərin (məsələn müqavilələr) çap edilməsi və layihə benefisarlarına çatdırılması
  • Layihə benefisarları tərəfindən Sub-qrant müqavilələrinin düzgün imzalanmasını təmin etmək
  • Sub-qrant müqavilələrinin və digər sənədlərin AMFA ofisinə çatdırılmasını təmin etmək
  • Təşviqat materialları, avadanlıqlar, maskalar, əlcəklər və digər layihə ilə əlaqəli materialların layihə benefisiarlarına paylanmasını və sənədləşdirilməsini təmin etmək
  • Layihənin icarından sonra benefisiarların biznes yerlərinə ziyarət etmək (foto və video çəkmək)
  • Aylıq olaraq qiymətləndirmə, monitorinq və bizneslərin inkişafı hesabatlarını təqdim etmək (ehtiyac olduqda həftəlik və ya iki həftəlik)
  • Layihənin icra müddətində müvəffəqiyyət / çətinliklər barədə məlumat vermək
  • Layihə benefisiarlarının uğur hekayələrini sənədləşdirmək
  • Layihə benefisiarlarının biznes yerlərinə səfər etmək
  • Davamlı olaraq benfisiarlaların ehtiyaclarına və məlumatların məxfiliyə məsul olmaq

 

Tələb olunan bacarıqlar:

  • Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
  • Effektiv təşkilati bacarıqlar;
  • Effektiv yazılı ünsiyyət qurmaq bacarığı;
  • Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə etmək;
  • Vaxtın idarə olunması üzrə bacarıqlar;
  • İsmayıllı rayonunu yaxşı tanıma və kəndlərinə səfər etmə imkanı

Yanaşma:

  • Xoş, nəzakətli və səbirli yanaşma;
  • Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
  • Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
  • Keyfiyyət barədə məlumat;
  • Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.

Digər Tələblər:

  • İsmayıllı rayonunda yaşayan
  • Ali təhsil və yaxud orta ixtisas təhsili (kollec)
  • Ən azı 2 il sahə üzrə iş təcrübəsi

 

İş üçün ərizələri/müraciətləri tərcüməyi hal (CV) ilə bərabər 12 oktyabr 2020-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.

Elektron poçt: [email protected]. Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin.

Bir cavab yazın

Back to top button