“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihədə iştirak üçün qeydiyyat başlamışdır

Sahibkarların nəzərinə!

 

Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihədə iştirak üçün qeydiyyat başlamışdır.

 

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə ARPA tərəfindən həyata keçiriləcəkdir.

Layihə çərçivəsində kiçik və orta biznes nümayəndələrinə təlimlər keçiriləcək və məsləhət xidməti göstəriləcəkdir. Layihə Bakı və Gəncə (onlayn) şəhərlərində həyata keçiriləcəkdir. Təlimlər hər qrup üzrə gündə 2 saat olmaqla, 5 gün davam edəcəkdir. Bütün sessiyalarda iştirak edən şəxslərə sertifikat təqdim olunacaq və iştirakçılar arasından təlimlərdə aktiv formada iştirak edən 2 nəfər KOB nümayəndəsi seçilərək onlara ARPA tərəfindən ödənişsiz əsasda 1 aylıq risk menecment üzrə məsləhət xidmətləri göstəriləcəkdir.

 

Təlimlərdə iştirak ödənişsizdir.

Qeydiyyat üçün aşağıdakı linkə keçid edin:

https://www.smartsurvey.co.uk/s/Q8KKLB/

Son müraciət tarixi: 20 oktyabr 2020-ci il

Bir cavab yazın

Back to top button