21 Yanvar 17:23

“SAHİBKARLIQ VƏ LİDERLİK” forumuna qeydiyyat başladı

Əziz gənclər,
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi yeni layihəyə start verir.
8 fevral tarixində Bakı Gənclər Mərkəzində baş tutacaq “SAHİBKARLIQ VƏ LİDERLİK” forumuna qoşularaq gələcəkdə öz biznesinizi qurmağın yollarını, lider gənc kimi formalaşmağı və cəmiyyətə faydalı fərd olmağı forumun spikerlərindən öyrənə bilərsiniz.

Qeyd edək ki, layihədən faydalanmaq üçün 100 nəfər gəncin iştirakı nəzərdə tutulub.

Forumda iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz.

👉🏻Qeydiyyat linki – https://forms.gle/CrrEX1hVD731oqkKA

❗️Layihə iştirakçılarına sonda sertifikat veriləcəkdir.

Forum spikerləri və digər məlumatlar ilə təşkilatın rəsmi səhifəsindən tanış ola bilərsiniz.

Qeydiyyat üçün son tarix: 05 fevral saat 18:00.

Bəyən və paylaş