29 İyul 12:22

Şahnaz Ağayeva / “Anam məni ana böyüdür” performansı

1 avqust, saat 19:00-da rəssam Schachnas Aghayeva “Anam məni ana böyüdür” adlı performansını təqdim edəcək.

Bu performans, YARAT Müasir İncəsənət Mərkəzində rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” fərdi sərgisi çərçivəsində keçirilir.

Qadınlar bir nəsildən digərinə genealoji məlumatları ötürürlər. Amma, qadının ailədə fərdi davranışı qətiyyən bəyənilmir və aqressiya ilə müşayiət olunan müqavimət hallarına səbəb olur.

Gənc nəsil, uzun illər bundan başlayan absurd komediyanı davam etdirməyə məcbur olurlar. Təqdim edilən performansının konsepsiyası, gələcək nəsillərdən bu “sərsəmliyi”, yəni, “möhürlənmiş” davranışı tələb etməyi davam etdirən obrazlarla birgə, alleqorik şəkildə nümayiş etdirməyə çalışır.

Şahnaz Ağayeva (d.1984) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsini magistr dərəcəsi ilə bitirib. Onun əsərləri Sumqayit və Bakı şəhərlərində, həmçinin Türkiyədə sərgilənib. 2015-ci ildən etibarən, Şahnaz YARAT-ın təhsil proqramlarının müəllimi kimi çalışıb. Onun “Qeyri-real komfort zona” əsəri Tayvanda keçirilən 2018 ROC Beynəlxalq Çap Biennalesinin jüri heyəti tərəfindən sərgi üçün seçilmişdir.

1 Avgust, 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)