Sain Fərhad / Kinoda Döyüş Səhnələri

KİNODA DÖYÜŞ SƏHNƏLƏRİNİN XOREOQRAFİYASI.
Peşəkar kaskadyor Sain Fərhadın iştirakı ilə keçirilən məşğələ.

Bu tətbiqi dərs – filmlərdə göstərilən döyüş səhnələrinin quruluş prinsiplərini daha yaxından öyrənmək və səhnə döyüşü sənətinə yiyələnmək arzusunda olan hər kəsə ünvanlanır. Məşğələ əsnasında aktyorların döyüş texnikası ilə tanış olduqdan sonra, siz məşhur döyüş səhnələrinin nəyin sayəsində bu qədər təsirli olduğunu daha yaxşı anlayacaqsınız.

Tədbirin qəhrəmani haqqinda:
Sain Fərhad – aktyor, döyüş səhnələrinin xoreoqrafı və kaskadyor, beynəlxalq Action Martial Arts sertifikatına malik təlimçi-xoreoqraf, özünümüdafiə və qarışıq döyüş növləri üzrə VIP dərəcəli məşqçidir. Baş qərargahı Almaniyada yerləşən və dünyanın 120 ölkəsində nümayəndəlikləri olan beynəlxalq döyüş sənət növləri assosiasiyasının üzvüdür. Ən müxtəlif döyüş sənəti növlərinə yiyələnmişdir, o cümlədən Vado-Rü, Şotokan, Kunq-Fu, Kyokuşinkay, Qodzü-Rü, Ciu-Citsu, Boks, Kapoeyra, Cit-Kun-Do, Vinq-Çun, Taekvando və s. növlərə. 30 yaşının 19 ilini döyüş sənətləri aləminə həsr edib.

Bir neçə il bundan əvvəl, Sain Fərhadın rəhbərliyi altında Bakıda «SAINT» Peşəkar Kaskadyor Döyüşçülər Qrupu adlanan ilk döyüşçü-aktyorlar heyəti təşkil olundu. Bunun məqsədi – Azərbaycanda döyüş (Action) filmlərinin çəkilişini inkişaf etdirmək idi. Qrupun üzvləri artıq bir neçə filmə və reklam çarxına çəkilib.

7 yanvar, 2016
19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanına yaxın
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button