24 May 21:48

Salome Nemiçeişvili: Post Sovet ölkələrində sosial iş peşəsinin və sosial xidmətlərin inkişafı

Əziz üzvlər, sosial işçilər və sosial xidmətlər sahəsində çalışan peşəkarlar!

Bildiyiniz kimi, Azərbaycan Sosial İş İctimai Birliyi ənənəvi olaraq beynəlxalq mütəxəssislərin ölkəyə səfərini və sahələri ilə bağlı təlim və seminarlarını təşkil edir.

Növbəti qonağımız Gürcüstan Sosial İşçilər Assosiasiyasının yaradıcılarından biri, Sosial İşçilərin Beynəlxalq Federasiyasının Avropa şöbəsinin İcra Şurasının üzvü Salome Nemiçeişvlidir. S.Nemiçeişvili sosial iş üzrə magistr təhsilini ABŞ-ın nüfuzlu universitetlərindən birində almışdır, hal-hazırda Tbilisi Dövlət Universitetində sosial iş üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Xanım Nemiçeişvili sahəsi üzrə Avropada tanınmış bir mütəxəssisdir. O Gürcüstan Respublikasında Sosial Müdafiə sisteminin təkmilləşdirilməsində yaxından iştirak etmişdir. Nəzərdə tutulan seminarda öz tərübəsini sizinlə bölüşəcək.

Seminar 7 iyun, 2016-cı il, saat 17:00-da Azərbaycan Universitetinin yeni korpusunda baş tutacaqdır.
Ünvan: Nesimi rayonu, AZ1102, 72 Tbilisi prospekti, Bakı

QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI NÖMRƏLƏRLƏ ƏLAQƏ SAXLAMAĞINIZ LAZIMDIR:

051 3635949 – Zamin
050 6446452 – Şəhriyar

Bəyən və paylaş

Rəylər

rəy(lər)