Bazar, 24 Avqust, 2025

“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsinin təlimləri yekunlaşıb


  • Dərc edildi: 25 Oktyabr, 2021 - 09:08
“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsinin təlimləri yekunlaşıb

“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsinin təlimləri yekunlaşıb
Salyan şəhərində “Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsinin təlimləri yekunlaşıb.
Layihə rəhbəri Zeynəb Əsədovanın verdiyi məlumata görə, iştirakçı qrupuna intensiv təlimlər keçirilib. Təlimlər interaktiv metodlarla keçirilib və 7 mövzunu əhatə edib.
Daha sonra laborantlar, müəllimlər və müavinlər icmalarında inklüziv təhsilin faydaları haqqında maarifləndirmə işi aparacaq, valideynlər ilə görüşlər keçirərək sağlamlıq imkanları məhdud uşaqları həmin tədris ilində ümumtəhsil müəssisələrinə cəlb edəcək. Həmçinin müəllimlər öz şagirdləri arasında “Müxtəliflik, Əlillik və İnklüzivlik” istiqamətində maarifləndirmə işləri aparacaq, onlarla birlikdə bu məzmunda posterlər hazırlayacaq. Eyni zamanda hər bir müəllim siniflərinə cəlb elədikləri əlil uşaq(lar) üçün 3 aylıq Fərdi Təlim Planı və qiymətləndirmə üsulu tərtib edəcək.
Ümumiyyətlə layihə Salyan rayonunda sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun qabaqcıl müdafiəçisi olmaqla, ümumtəhsil müəssisələrində inklüzivliyin təmin olunmasına təkan verəcək.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 423
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7302
Sumqayıt Dövlət Univ...