27 İyul 13:28

Şamaxı Astrofizika Rəsədxanası “Açıq qapı” günü elan edir

Məlum olduğu kimi, iyulun 27-dən 28-ə keçən gecə bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Bir saat 43 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ay tutulması hadisəsini müşahidə etmək məqsədilə “Açıq qapı” günü elan edir.

Ziyarətçilər bu gün uzun illərdən bəri dünya astrofizika elminə sanballı töhfələr verən, böyük elm ocağı olan Şamaxı Astrofizika Rəsədxanası ilə tanış ola və teleskop vasitəsilə səma cisimlərini ödənişsiz müşahidə edə biləcəklər.

Ünvan: Şamaxı r., Y.Məmmədəliyev qəsəbəsi

Bəyən və paylaş

Rəylər

rəy(lər)