11 Oktyabr 12:22

Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

– Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Planetlər və  kiçik  səma  cismləri şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Astronomik cihazlar və innovativ texnologiyalar şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– İnformasiya, kommunikasiya texnologiyaları və təşkilat şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə – 1 yer;

– Təhsil şöbəsinin müdiri vəzifəsinə – 1 yer.

Müsabiqədə ali təhsilli, fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim olunmalıdır.

Ünvan: Şamaxı şəh., Y.Məmmədəliyev qəsəbəsi.

Tel.: (+994 20) 26 6 10 01, (+994 20) 26 6 10 04.

Bəyən və paylaş

Rəylər

rəy(lər)