25 Fevral 18:07

Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər – ŞAR-ın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçi, böyük elmi işçi və elmi işçi vəzifələrinin hər birinə 1 yer, Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin elmi işçi vəzifəsinə 2 yer, Planetlər və kiçik səma cisimləri şöbəsinin böyük elmi işçi vəzifəsinə 2 yer, elmi işçi vəzifəsinə 1 yer, Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçi vəzifəsinə 1 yer və Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin aparıcı elmi işçi vəzifəsinə isə 1 yerdir.

Müsabiqədə elmi işçi vəzifələrinə astrofizika (astrofizika ilə əlaqəli) ixtisası üzrə ali təhsili  olan və elmi tədqiqatlar aparan, aparıcı elmi işçi və böyük elmi işçi vəzifələrinə isə astronomiyanın müvafiq sahələri üzrə elmi dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan şəxslər sənəd verə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Şamaxı ray., Y.Məmmədəliyev qəsəbəsi, AZ5626;

Tel.: (+994 20) 26 6 10 04; (+994 50) 640 04 71.

Bəyən və paylaş

Rəylər

rəy(lər)