5 Aprel 17:00

Şamaxı Astrofizika Rəsədxanasında BDU-nun astrofizika kafedrasının filialı yaradılacaq

Edumap.az xəbər verir ki, Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasdan öncəBakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və BDU-nun astrofizika kafedrasının rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb.

Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov imzalayıblar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)