18 Dekabr 11:24

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxaq konfrans keçiriləcək

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək

16-20 sentyabr 2019-cu il tarixlərində AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Ulduzlar və planetlər fizikası: atmosferləri, aktivlik və maqnit sahələri”adlı beynəlxaq konfrans keçiriləcək.                                 (Русская версия находится здесь)

Konfransın keçirilməsinin əsaslandırılması və məqsədi:

Son illərdə respublikamızda bütün sahələrdə, o cümlədən elmi sahələrdə aparılan yeniləşmələr və nail olduğu sürətli inkişaf dünya elmi ictimaiyyəti arasında da ölkəmizə qarşı böyük maraq doğurmuşdur. Bu cəhət AMEA ŞAR-ın timsalında özünü aydın şəkildə göstərir. Başda Prezidentimiz cənab İlham Əliyev olmaqla ölkənin, o cümlədən Milli Elmlər Akademiyasının rəhbərliyi, rəsədxanada son illərdə böyük yeniləşmə programı həyata keçirmiş, astronomlarımızın iş və yaşayış şəraiti köklü şəkildə yaxşılaşdırılmış, elmi tədqiqat cihaz və avadanlıqları modernləşdirilmişdir. Bunun nəticəsidir ki, son illərdə rəsədxana alımləri respublika və beynəlxalq əhəmiyyətli elmi tədqiqat grantları almış, əməkdaşların xarici nüfuzlu jurnallarda çap olunmuş elmi məqalələrinin sayı nəzərə çarpacaq dərəcədə artmış, rəsədxana əməkdaşlarının xarici ölkələrlə elmi yaradıcılıq əlaqələri genişlənmişdir. Belə bir şəraitdə rəsədxanamızda bu cür nüfuzlu beynəlxalq konfransın keçirilməsi astrofizika sahəsində ölkəmizim xarici əlaqələrinin genişlənməsinə, birgə beynəlxalq layihələrə qoşulmasına əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

Ulduzlar və palnetlər fizikası müasir astrofizika elminin sürətlə inkişaf edən sahəsidir. Bu istiqamətdə son onillikdə əldə olunmuş bir sıra mühüm elmi nəticələr Kainat və onu təşkil edən maddə haqqında təsəvvürlərimizin tamamilə yeniləşməsinə səbəb olmuşdur. Bunlardan yeni növ maddə və şüalanmanın qarşılıqlı təsiri, atomların yeni şüalanma parametrlərinin dəqiqləşdirilməsi, yüksək ayırdetməli kosmik teleskopların tətbiqi ilə bütün elektromaqnit şüalanma diapazonlarında alınan müşahidələr, minlərlə günəşdənkənar planet sistemlərinin kəşfi misal ola bilər. Konfransda bütün bu yeniliklər fonunda ulduzlar və planetlər fizikasında alınmış yeni nəticələr müzakirə olunacaqdır. Konfransın əhatə etdiyi mövzular əsasən AMEA ŞAR-da aparılan ənənəvi mövzulardır, ona görə burada əsas məqsəd rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyasına kömək etmək, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir. Konfransda müxtəlif ölkələrdən dəvət olunmuş nüfuzlu alımlər əsas istiqamətlər üzrə geniş plenar məruzələr edəcək. Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer verilməsi nəzərdə tutulur.

Əsas mövzular:

1. Ulduzların spektri: müşahidə, işləmə, modelləşdirmə

2. Ulduzların parametrləri, atmosferlərin kimyəvi tərkibi, maqnit sahələri

3. Ulduzların aktivliyi, qeyri satsionar ulduzlar

4. Kompakt obyektlər

5. Ulduzların quruluşu və təkamülü

6. Günəş sistemi cisimlərinin fizikası

7. Günəşdənkənar planetlər

Tarixlər:

1-ci elan: 15 dekabr 2018

Qeydiyyatın başlanması: 15 yanvar 2019

Qeydiyyatın sonu: 1 avqust 2019

2-ci elan: 1 mart 2019

3-cü elan: 1 iyul 2019

Məruzə və tezislərin verilməsinin başlama tarixi: 15 yanvar 2019

Tezislərin son verilmə tarixi: 1 avqust 2019 (18:00)

İştirakçıların gəlmə tarixi:  15 sentyabr 2019

Konfransın başlama tarixi: 16 sentyabr 2019 (10:00)

Konfransın bitmə vaxtı: 19 sentyabr 2019 (18:00)

İştirakçıların getmə tarixi: 20 sentyabr 2019

Materialların nəşri:

Konfrans materiallarının (abstrakt və məqalələrin ) Azərbaycan Astronomiya Jurnalında nəşri gözlənilir.

Konfransın təşkilat komitəsinin ünvanı:

AZ-5626, Y.Məmmədəliyev qəsəbəsi, Şamaxı, Azərbaycan

E-mail: [email protected]  

Telefon: (+994 12) 510 82 91, mob: (+994 50) 623 06 31 (WhattSap)

Konfransın həmsədrləri:

Müxbir üzv Cəlilov N.S.       [email protected]        

Prof. İsmayılov N.S.              [email protected]    

Dos. Maşonkina L.İ.              [email protected]          

Dos. Babayev E.S.                  [email protected]    

QEYD: Konfrans haqqında geniş məlumat və qeydiyyat tezliklə xüsusi saytda elan olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)