29 Mart 21:24

Samirə Hüseynovanın “Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə-satış sərgisi

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzi Sizi 2 aprel 2016-cı il tarixində, saat 15:00-da Samirə Hüseynovanın “Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə-satış sərgisinə dəvət edir.Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlib. O, anadan osteoartroz, kantraktura, sağ aşağı ətrafda anamoliyası xəstəliyi ilə doğulub. Samirə ilk şəkilini 5 yaşında olarkən həkimi üçün çəkib, professional rəsmə isə 8 yaşında başlayıb. Bu günədək beş boyük sərgisi keçirilib. Teşkil edilmiş bu sərgi xeyriyyə xarakteri daşıyır. Əsərlərin satışından əldə olunacaq gəlirlə Samirə əməliyyat olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)