3 İyun 12:32

Samir Cəbrayılov Ukrayna Turunun ən yaxşı gənc velosipedçisidir

Ukraynada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Ukraine” veloturuna yekun vurulub. 19 komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycan velosipedçiləri üçün uğurla başa çatıb.

 

Yarışın elə birinci mərhələsindən etibarən yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulmuş köynəyi ələ keçirən U-23 yığmamız və “Synergy Baku” komandasının üzvü Samir Cəbrayılov üstünlüyünü sonadək qoruyub. “Ən yaxşı gənc velosipedçi” köynəyindən başqa, Samir ilk yarış günündə olduğu kimi, sonuncu mərhələdə də finiş xəttini 3-cü keçib və ümumi təsnifatda 114 velosipedçi arasında 4-cü yeri tutub.

 

Qeyd edək ki, “Synergy Baku” “Tour of Ukraine”da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparıb.

Bəyən və paylaş