6 İyun 12:29

Samir Cəbrayılovun daha bir uğuru

Ukraynada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix of İSD” yarışı Azərbaycanın U-23 yığması və “Synergy Baku” kontinental komandasının üzvü Samir Cəbrayılov üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Velosipedçimiz bu dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

 

153 km məsafəni Qazaxıstanın “Astana City” komandasının üzvü Nurbolat Kulimbekovla eyni vaxtda keçən Samir rəqibindən azacıq geri qalıb və 2-ci nəticə göstərib – 3 saat, 25 dəqiqə, 24 saniyə. Finiş xəttini 3-cü və 4-cü keçənlər də “Astana City” komandasının üzvləri olub.

 

Məlumat üçün bildirək ki, “Synergy Baku” bu yarışda U-23 yığma komandamızın 4 üzvü ilə təmsil olunub. Digər 3 velosipedçimizin nəticələrinə gəlincə, Elgün Əlizadə 8-ci, İsmayıl İlyasov 20-ci, Kənan Qəhrəmanlı 25-ci yeri tutub. Ümumilikdə isə yarışda 19 komandanın tərkibində 104 velosipedçi start xəttinə çıxıb ki, onlardan da 21-i mübarizəni yarımçıq dayandırıb.

Bəyən və paylaş

Rəylər

rəy(lər)