Satıcı – kassir ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təlimi

BACARIQLI OL” usta yanında öyrənmə  proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC ilə birgə təşkil etdiyi satıcı – kassir ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təliminə qəbul elan olunur.

 

Proqrama dair məlumat:

  • Usta yanında öyrənmə proqramı “təcrübəyə əsaslanan öyrənmə” real iş metoduna əsaslanır;
  • Ümumilikdə 12 həftə təşkil edən təlim proqramının nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki hissəsi isə tərəfdaş şirkətin mağazalar şəbəkəsində keçiriləcək;
  • “BACARIQLI OL” usta yanında öyrənmə  proqramının 3 Mart 2021-ci il tarixində başlanması nəzərdə tutulur.

Proqramda kimlər iştirak edə bilər?

  • Peşə təhsil müəsissələrinin istehsalat təcrübəsində olan tələbələri (ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar ixtisası);
  • 18-35 yaş arası fiziki sağlam, əmək qabiliyyətli;
  • Öyrənmək, daima inkişaf etmək və peşəkar olmaq istəyi olan gənclər;

*Qəbul müsabiqə yolu ilə həyata keçirilir.

 

Proqramın məqsədi:

  • Peşə təhsil müəssisələrində təhsil alan tələbə və işsiz şəxslərə təlimin praktiki formada təşkili;
  • Proqram məzunlarının əmək bazarında rəqabətliliyinin artırılması;
  • Qeyri-formal həyata keçirilən öyrənmə praktikasının formal peşə təhsilinə inteqrasiyasının təmin edilməsi.

Proqram iştirakçıya nə verəcək?

 

  • İştirakçılar iş şəraitində birbaşa təcrübə əldə edir, iş şəraitinə alışır;
  • İşəgötürənin nəzarəti ilə sınaq dövründən keçmiş olur;
  • İştirakçılar təcrübəyə malik olan işçi kimi əmək bazarına daxil olur;
  • Təlim proqramı müddətində iştirakçılar yol xərci, praktiki təlim zamanı isə uniforma və qida ilə təmin olunur;
  • Təlimin sonunda qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 müdavim “BAZARSTORE” MMC tərəfindən mükafatlandırılacaq və sözügedən şirkətin mağazalar şəbəkəsində iş imkanı qazanacaqlar;
  • Proqram iştirakçıları təlim müddətində fərdi qəza sığortası ilə sığortalanır;
  • Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat veriləcək.

 

QEYD: Aşağıdakı tələb olunan sənədləri 24 fevral tarixinədək [email protected] elektron ünvanına “Usta yanında öyrənmə proqramına ərizə” başlığı ilə göndərməyiniz xahiş olunur.

  • Təhsil haqqında sənədin surəti (şəhadətnamə və ya attestat);
  • Ad, soyad, doğum tarixi, əlaqə telefonu, elektron ünvan, təhsil və iş təcrübəsi haqqında məlumatları əks etdirən CV.

Bir cavab yazın

Back to top button