Satıcı-konsultant vakansiyası

Vəzifənin adı: Satıcı-konsultant

İş yeri : Baku Book Center MMC

Vəzifələr:

• işə gələn zaman rəflərin səliqəsinə baxmaq
• yeni gələn kitabların və digər məhsullarla tanış olmaq
• kitabların təbliğatını bacarmaq
• müştərilərə kitablar haqqında məlumat vermək, alternativ variantlar təklif etmək

Namizədə tələblər:

• Kitablara marağı olmalı, kitablardan və ədəbiyyatdan anlayışı olan
• Dünyagörüşlü, cəld, komandada işləməyə həvəsli olan gənclər işə müraciət üçün dəvət olunur
• Ünsiyyətcil və gülərüz olmaq
• Məsuliyyətli və nizam-intizamlı olmaq
• Yüksək nitq mədəniyyətinin sahibi olmaq
• Təşəbbüs göstərmə istəyi və bacarığı olmalıdır
• Satış xüsusiyyətlərini və satış psixologiyasını yaxşı bilməlidir
• Xarici dil bilməlidir

Kitabları mütaliə edən və satış sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək

• Satış təcrübəsi: 1 il
• Əmək haqqı : 500 azn + bonus
• İş qrafiki : Həftədə 6 gün

İş saatı:

Birinci növbə: 10:00 – 19:00
İkinci növbə: 14:30 – 22:00

Maraqlananlar, CV-nizi [email protected] göndərməyiniz xahiş olunur.
Sınaq müddəti: 3 həftə

Bir cavab yazın

Back to top button