“Satınalma üzrə təcrübəçi” vakansiyası

Avrora MMC “Satınalma üzrə təcrübəçi” vakansiyasını açıq elan edir!

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Öyrənmə həvəsi;
• Komandada işləmək bacarığı;
• Analitik düşüncə;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali iqtisadi təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin təşkili və idarə edilməsi);
• Dil bilikləri : İngilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı şəhəri;
• Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə təcrübəçi Edumap.az” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bir cavab yazın

Back to top button