Satış assistenti vakansiyası

Vakansiya: Satış assistenti

“Halal-P” MMC 25 ildir ki, bank, ofis və mətbəə avadanlığı bazarında fəaliyyət göstərir.
Azərbaycan Mərkəzi Bankı, Paşa Bank, "Şərq – Qərb" ​​mətbəəsi, "Çaşıoğlu" mətbəəsi, əksər nazirliklər və dövlət komitələri və bazarın bir çox digər böyük oyunçuları bizim müştərilərimizdəndir. Daim böyüyürük. Pandemiya zamanı belə rəqiblərimizlə müqayisədə biznesimizdə minimum enmə ilə üzləşdik.
İşçilərimizin sayı ortalama 60 nəfərdir. Bu o deməkdir ki, hər bir işçi unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir. Onu da vurğulayaq ki, səmimi bir iş atmosferimiz var. Şirkətdə çalışanların 40%dən çoxu 10 ildən artıqdır ki, bizimlədirlər.
advertisement ÜHal-hazırda gülərüz, aktiv, pozitiv davranış və düşüncə tərzinə malik, işində dəqiq satış assistenti axtarırıq.


Tələblər
Bizim satış assistentimiz, yəni sən, satış öncəsi və satış sonrası iş proseslərini apararaq, satış komandamıza böyük dəstək olursan. Müştərilərlə işləmə bacarığın və gülərüzlüyün işlərində müvəffəqiyyətə qısa zamanda nail olmağına köməklik göstərəcəkdir.
advertisement Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.


Məsuliyyətlər
Satış menecerinin tapşırıqlarının vaxtında icra edilməsi;
advertisement Satış öncəsi və satış sonrası proseslərin izlənilməsi, sənədlərin və materialların hazırlanması;
Satış hesabatlarının tərtib edilməsi;
Kommersiya təkliflərinin tərtib edilməsi.


advertisement Dəyərlərimiz:
o İnkişaf və davamlı öyrənmək istəyi
o Qayğı göstərmək və kömək etmək istəyi
o Dürüstlük və ədalətli mübadilə

advertisement
Seçim bir neçə mərhələdə aparılır:
1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
advertisement 4. Rəhbərlə müsahibə

Şərtlər:
-Ali təhsilli
-Rus dili biliyi (danışıq və yazı yüksək səviyyədə)
advertisement -Müştərilərlə işləmə bacarığı (satış sahəsində təcrübə arzuolunandır)
-Microsoft Office, Power Point və Excel-in daimi istifadəçisi
-Texnoloji sahədə bilik (arzuolunandır)
-Iş cədvəli: 5 günlük 9.00-dan 18.00-dək;

advertisement Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Aylıq əmək haqqı: 400-450 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə[email protected]ünvanına göndərməyi unutma.
advertisement Bizimlə iş şən və perspektivlidir!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az