17 Aprel 19:47

Satış Departamentində  Təcrübəçi

Saf Farma” şirkəti Azərbaycanda 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, biz əczaçılıq bazarında sağlamlığın qorunub saxlanması üçün zəruri olan məhsulların təbliğatı və yayılması ilə məşğul oluruq. Biznes işində etdiyimiz innovativ yanaşmalar məhsulların və xidmətlərin müvəffəqiyyətli satışının həyata keçirilməsinə şərait yaradır. Əməkdaşlarımızın peşəkarlığı və məhsulların istehlakçıları ilə olan daimi ünsiyyət, “Saf Farma” şirkətinə tamamilə yeni fəaliyyət istiqamətlərini inkişaf etdirməyə imkan verir. Ayrıca bir sıra MDB ölkələrində regional ofislər açaraq, bununla da beynəlxalq arenada mövqelərimizi möhkəmləndirməyə davam edirik.

“Saf Farma” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi inkişafı, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması yönümdə fəal iş aparır.

Niyə məhz Saf Farma?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq;
– İstedadlı gənclərə yol açırıq.

“Saf Pharma“ MMC şirkəti Satış Departamentində Təcrübə Proqramını açıq elan edir!

Tələblər:

– Ali təhsil müəssissini və ya tibbi orta ixtisas təhsilini yeni bitirməlidir.
– Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır;
– İnkişafa meylli olmalıdır;
– Aktiv öyrənmə bacarığı olmalıdır;
– Təşəbbüskarlıq və yenilikçilik bacarığı olmalıdır.

Təklif edirik;

– Karyera inkişafı;
– Əmək  Məcəlləsinə əsasən rəsmiləşmə;
– 5 günlük iş rejimi;
– Ödənişli təcrübə proqramından fayadalanma imkanı.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Satış Departamentində  Təcrübəçi Edumap.az” qeyd etməklə,  [email protected] ünvanına göndərə bilərlər.

Son tarix: 15.05.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)