Satış meneceri vakansiyası

Vəzifənin adı: Satış meneceri

Əsas vəzifə öhdəlikləri:

– Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
– İşçilər haqqında obyektiv rəy vermək;
– Şirkətin dəyərlərinə uyğun mağazaların idarəedilməsinə dair yeni standartlar və qaydalar müəyyən etmək;
– Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
– Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq;
– Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
– Satışları artırmaq məqsədi ilə Marketinq və PR tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

– Kitab məhsulları üzrə biliklər, trendlər haqqında məlumatlı olmaq – mütləq şərtdir;
– Kitab satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
– Mağaza idarəçiliyi sahəsində azı 3 illik iş təcrübə – mütləqdir;
– Müştərilərlə davranış qaydaları və satış texnikaları biliyinə malik olmalı;
– Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus, ingilis dillərini bilməli.
– Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
– Aktiv, çalışqan, zəhmətkeş olmalı.

Əmək haqqı: 700 – 1000 AZN
İş yeri: əsasən mağazalarda
İş qrafiki: 6 gün

Namizədlər müraciətləri [email protected] email ünvanına yollaya bilərlər.

QEYD: mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Bir cavab yazın

Back to top button