Satış məsləhətçisi vakansiyası

Süvari vakansiya elan edir♦️

Vəzifə: Satış məsləhətçisi
Cins: Qadın
Yaş: 20-35

Vəzifə öhdəlikləri:
• Markanın missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək;
• Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaratmaq;
• Müştərilərin suallarını cavablandırmaq, məhsullarla bağlı alternativlər təklif və tövsiyyələr etməklə satışı reallaşdırmaq;
• Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq.

Tələblər:
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması( sahəyə həvəsli lakin təcrübəsi fərqli sektor olanların da CV-lərinə baxılacaq);
• Komandada işləmə və satış həyata keçirmə bacarığı;
• Azərbaycan və rus dilini (arzuolunandır) yüksək səviyyədə bilməli;
• Yüksək satış qabiliyyətinin olması;
Məsuliyyət, etik davranış və nizam-intizam;
• Dinamik və pozitiv olmalı;
• Şəxsi inkişafa meyli olmalı.

*Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Özünü həqiqətən də satış sahəsində görən, bu sahə üzrə təkmilləşmək, irəliləmək istəyən kəslər rezyumelərini [email protected] ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button