Caspian Event Organisers şirkəti“Satış şöbəsinə təcrübəçi” vakansiyası elan edir. Satış və ünsiyyət bacarıqları olan və özünü bu istiqamətdə inkişaf etdirmək istəyən gəncləri komandamıza dəvət edirik. İş barədə: • Satış üçün məlumat bazalarının hazırlanması; • Müştərilərlə (yerli və xarici) telefon danışıqlarının aparılması; • Ödənişlərin toplanması; • Bütün işlərin marketinq, texniki və inzibati şöbələrlə əlaqələndirilməsi; • Sərginin hesabatlarının hazırlanması. Tələblər: • Ali təhsil; • Azərbaycan, ingilis, rus dil biliklərinin yüksək səviyyədə olması; • Əla kompüter bilikləri (MS Word, Excel, İnternet və s.); • Əla ünsiyyət bacarıqları; • Çevik; • Çalışqan, vəzifəyə yönəlmiş, intizamlı. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış şöbəsi – Təcrübəçi” yazaraq[email protected]elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq. Şirkət haqqında “Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgivə konqreslərin təşkilatçısıdır.