reklam

Satış təmsilçisi ( mebel, santexnika, qapı-parket,çılçıraq,mətbəx,qab-qacaq,divar kağızı, pərdə, tekstil)

Collezione Italia – Emosiyaların memarı Collezione Italia- Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – çox geniş bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir. Satış təmsilçisi ( mebel, santexnika, qapı-parket,çılçıraq,mətbəx,qab-qacaq,divar kağızı, pərdə, tekstil) Namizədə olan tələblər: • Satış, marketinq və ya oxşar sahədə ali təhsil arzu olunandır; • Satış sahəsində minimum 1 il iş təcrübəsi (Lüks seqmentdə təcrübə üstünlükdür); • Azərbaycan və rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır ; • MC Office proqramlarından istifadə bacarığı; • Satış texnikası, metodlarını və müştəri psixologiyasını bilmək; • Ambisiyalı, gülərüz, məsuliyyətli , nəticə yönümlü, müştəri yönümlü, yeniliyə və inkişafa meyilli, səbrli; • Ünsiyyət, komandada işləmək, təqdim etmə bacarıqları Vəzifə öhdəlikləri: • Müştərilərin qarşlanması və ehtiyaclarının müəyyənləşdirilməsi • Şourumda təmsil olunan brendlərin müştəriyə təqdim olunması və satışının həyata keçirilməsi; • Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici özəl xüsusiyyətləri barədə məlumat verilməsi; • Məhsulların çatdırılması və quraşdırılması işlərinin koordinasiya edilməsi • Müştəri bazasının yaradılması və müştərilərlə düzgün iş münasibətlərinin qurulması; • Kommersiya təkliflərinin hazırlanması • Şourumun hər zaman səliqəli, hazır olmasına nəzarət edilməsi; • Ehtiyac olduqda müştərilərin evini ziyarət edib, ölçülərin götürülməsi; • Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi; • Mövcud və potensial müştərilərlə mütəmadi əlaqələrin saxlanılması, özəl günlərində müştərilərə zəng olunması; • Bazar araşdırması həyata keçirilməsi və rəqiblərin fəaliyyətinin analiz edilməsi • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi. İş şəraiti: • 6 günlük iş həftəsi; • Xarici ölkələrdə sərgilərdə iştirak imkanı; • Əmək haqqı 600 AZN + satışdan bonus (Əmək haqqı namizədin bilik, bacarıqlarına görə daha çox ola bilər) QEYD: Seçilmiş namizədlər Collezione İtalia ilə SAT GROUP təlim və konsultasiya şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində 3 aylıq Satış Akademiyası kursunda iştirak edib satış bacarıqlarını artıracaqlar. Vakansiyaya müraciət üçün şəkil əlavə olunmuş CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə[email protected]e-mail ünvanına göndərməyiniz xahiş olunur. İşə qəbul prosesinin ilkin mərhələsində yalnız vəzifə tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az