“Satış üzrə assistent” vakansiyası

Satış bacarığına inanırsansa, bu vakansiya sənin üçündür!
PAŞA Sığorta Zaqatala, Xaçmaz və Lənkəran nümayəndəlikləri üçün “Satış üzrə assistent” vakansiyasını elan edir!

ÖHDƏLİKLƏR

Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan informasiyanın Anderraytinq Şöbəsinə mütəmadi olaraq təqdim edilməsi
Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi

BİLİKLƏR

Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
Dil bilikləri: Səlis Azərbaycan dili biliyi

Müraciət üçün: Mövzu bölməsində 🖋”Satış üzrə assistent” yazmaqla CV-ni [email protected] email ünvanına göndər.

Related Articles