“Satış üzrə assistent (Xaçmaz nümayəndəliyi)” vakansiyası

“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Xaçmaz nümayəndəliyi)” vakansiyası elan edir. VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR ·Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi ·Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi ·Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi ·Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi ·Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması ·Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi ·Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi BİLİKLƏR ·Ali təhsil -Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir ·Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək TƏCRÜBƏ ·Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir BACARIQLAR •Ünsiyyət qurmaq bacarığı •Dəqiqlik •Öz fikirlərini sərbəst ifadə etmək bacarığı •Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı •Komanda ilə işləmək bacarığı •Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı Son müraciət tarixi: 31 may 2022. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi[email protected]ünvanına göndərin.
_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az