Satış üzrə köməkçi / məsləhətçi vakansiyası

Satış üzrə köməkçi / məsləhətçi

Vəzifə öhdəlikləri

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
• Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
• Məhsulları standartlara uyğun rəflərə yığılmasına, qiymət etiketlərinə, bölmələrə nəzarət;
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

Namizədə dair tələblər

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı.

İş şəraiti

• 6 günlük növbəli iş qrafiki;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Şirkət daxili təlim və inkişaf imkanları;
• Karyera yüksəlişi imkanı;
• Əmək haqqı: 343 Azn ( gross ) + mükafat/bonus;
• Ayna Sultanova, Elmlər, 28 May, Günəşli, Xırdalan, ərazilərində işləyə bilənlərə üstünlük veriləcək.

Vakansiyaya müraciət üçün CV-ləri “Satış köməkçi / məsləhətçisi” mövzusu ilə[email protected]e-mail ünvanına göndərməyiniz xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az