Satış üzrə Təcrübəçi vakansiyası

ATL SMS hazırda 3 nəhəng provayderin (Azercell, Bakcell və Nar) hər biri ilə əməkdaşlıq edən ölkədəki iki SMS kommunikasiyası şirkətindən biridir. 2016-cı ildən etibarən ATL SMS ATL Group-un tərkibində fəaliyyətini rəsmi olaraq başlamışdır.

Hal-hazırda komandamıza qoşulmaq üçün “Satış üzrə Təcrübəçi”-lər axtarışındayıq!

Tələblər:

• Azərbaycan və Rus dili biliyi;
• Kompüter bilikləri (MS Excel, MS Word);
• Satış qabiliyyəti;
• Bazar araşdırması edə bilmək bacarığı;
• Komanda ilə işləmək;
• Hesabat hazırlaya bilmək və nəticəyə fokuslanma;

Təcrübə proqramı üç ay davam edəcəkdir və ödənişsizdir. Namizədin bilik və bacarıqlarında asılı olaraq, əməkdaşlıq təklif ediləcəkdir.

Maraqlanan şəxslərdən başlıqda “Satış üzrə Təcrübəçi Edumap.az” qeyd etməklə, [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button
Close