Satışa dəstək üzrə kiçik mütəxəssis vakansiyası

Satışa dəstək üzrə kiçik mütəxəssis

 

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital MMC Satışa dəstək üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

 

  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
  • Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin
    məlumatlandırılması
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
    Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar
    hazırlaması
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə
    yetirilməsi

 

 

İş qrafiki

  • Bazarertəsi – Cümə: 10:00 – 19:00
  • Şənbə: 10:00 – 14:00
  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri

 

 

Namizəddə tələblər

  • 21-29 yaş
  • Ali təhsil
  • Ana dilində səlis danışıq (Rus dili arzu olunandır)
  • Müştəri yönümlülük, təqdimetmə bacarığı
  • Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə

 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satışa dəstək üzrə kiçik mütəxəssis qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button