10 Avqust 09:00

SAY: Cümhuriyyət

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respuiblikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: Cümhuriyyət” layihəsinə start verir.

SAY hərəkatının 7-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Düşərgədə açıq hava şəraitində qurulacaq yaşayış çadırlarında qalacaq olan gənclər könüllülük proqramı, könüllülük fəaliyyətinin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan düşərgə çərçivəsində ekspertlərlə görüşlər, təlimlər, ekstrimal yarışlar və intellektual oyunlar keçiriləcək.

Layihənin əsas məqsədi:

“Support of Azerbaijan Youth (SAY): Cümhuriyyət” layihəsinin əsas məqsədi – Azərbaycanda Könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği  ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq.

Düşərgənin keçirilmə məkanı: Lənkəran şəhəri

Düşərgənin keçirilmə tarixi: 08.09.2018 – 13.09.2018

Son müraciət tarixi: 16.08.2018

İştirakçıların seçim meyarı :

  • Yaş məhdudiyyəti : 18-25 yaş
  • “İRƏLİ” İctimai Birliyinin üzvü olmalı (Əgər üzv deyilsə, üzvlük qeydiyyatından keçib daha sonra layihə üçün müraciət etməli. Üzvlük üçün qeydiyyat linki: http://ireli.az/joinus/ )
  • SAY hərəkatının heç bir layihəsinin iştirakçısı olmamalı (SAY: Könüllülük Akademiyası, SAY: Green, SAY: Multiculturalism, SAY: Volfest və SAY: Solidarity )
  • Layihədə iştirak üçün yüksək motivasiyası olmalı
  • Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
  • Ekstrimal şəraitdə qalmağa hazır olması (çadır şəraiti)
  • Düşərgənin keçirldiyi müddət çərçivəsində hər hansı imtahan olmamalı
  • Mütəmadi xəstəliyi olmamalı

 

Qeyd: Layihə çərçivəsində iştirakçıların yaşayış, qida və nəqliyyat xərcləri “İrəli” İctimai Birliyi tərəfindən qarşılanır.

Əlavə məlumat üçün:

“İRƏLİ” İctimai Birliyi

Ünvan: Bakı, AZ1009, Səməd Vurğun 43

Telefon: (+994)12 597 48 13

Əlaqələndirici şəxs: Qurban Əsgərov

Mob: (+994)55 704 77 14

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)