8 May 13:11

SBYC Baku: “Biz əslən uşaqlıqdanıq”

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.

Bu dəfə özümüzə mühün suallar verəcəyik.

Tarix: 16 May, 19.00

Mövzu: Biz əslən uşaqlıqdanıq
Məkan: Baku IdeaLab (Caspian Plaza, 3-cü korpus, 3-cü mərtəbə, Cəfər Cabbarlı küç. 44)
Müddət: 1 saat 30 dəqiqə
Dil: Azərbaycan dili
___________________________

Spiker: Xumar Kərimli

2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr Rejissoru və Aktyoru fakultəsində bakalavr təhsili alıb. Həmçinin Media Məktəbi və Jurnalistika üzrə fərdi dərslər alıb. Hazırda fəaliyyət göstərən bir neçə televiziyada Xəbərlər Departamenti və Sosium Departamentində aparıcı və müxbir olaraq çalışıb. Paralel olaraq sosial layihələrdə işləyib. Almaniya və Polşada uzunmüddətli layihələrdə fiziki məhdudiyyətli, daun sindromlu, xüsusi qayğıya ehtiyacı olan insanlar və küçə heyvanları ilə könüllü işləyib. Bu sahədə Bakıda 4 il ərzində könüllü şəkildə bir çox layihə və tədbirlər keçirdib. Müxtəlif illərdə Gürcüstan, Türkiyə, Ukrayna, Almaniya, Latviya, Estoniya və Polşada təlimlərdə iştirak edib. Almaniya, Rusiya və Türkiyə metodikası ilə uşaq psixologiyasından fərdi dərslər alıb və Azərbaycana ilk dəfə drama terapiyanı gətirib.

2017-2018 –ci illərdə United Aid For Azerbaijan (UAFA) təşkilatında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla və yeniyetmələrlə drama terapist kimi çalışıb. Bir çox sosial layihələrin müəllifi və idarəçisi olub. Hazırda bu layihələri davam etdirir. Drama terapiya və Uşaq psixologiyası istiqamətində yeni layihə planı hazırlayır.

Birləşmiş Millətlər Təşkilatının 2019-2020-ci illər üçün Gənclərdən ibarət Məşvərət Şurasının üzvüdür.

Müzakirə olunacaq məqamlar:

✓Uşaqlıq dövrü fenomeni
✓Həyat ssenarimizin özəyini təşkil edən travmalarımız
✓Uşaqlığımızın “bugünkü mənə” təsiri
✓Valideynlər və biz
✓Tipik və Atipik inkişaf
✓Drama Terapiya

___________________________
İştirak Ödənişsizdir. Yerlər məhduddur.
Qeydiyyat zəruridir! Qeydiyyat linki: https://forms.gle/HV7r89vJbVCKCR9J8
Qeydiyyat üçün son tarix: 15 May, 23.30
___________________________
Əlaqə nömrələri:
+994 (50) 726-39-03
Elektron ünvan:
[email protected]
Facebook page:
Social Business Youth Center
Facebook group:
Social Business Youth Center-Azerbaijan

Bəyən və paylaş

Rəylər

rəy(lər)