Şəbəkə biznesi nədir və onu necə tanımaq olar?

Şəbəkə biznesi nədir və onu necə tanımaq olar?

Əziz dostlar Edumap.az Təhsil Portalı olaraq, əlimizdən gəldiyi qədər bizə göndərilən şəbəkə biznesinə aid vakansiya elanlarından izləyicilərimiz qoruyaq. Bunun üçün sizə şəbəkə biznesinə aid vakansiya elanlarını necə seçə biləcəksiniz, bununla bağlı bildiyimiz nüansları paylaşmaq qərarına gəldik. Sosial şəbəkədə, hər hansı vakansiya saytlarında rast gəldiyinizdə, onları asanlıqla tanıya bilərsiniz.

1. Şirkətin adı qeyd edilmir

2. Xarici şirkətdə ofis işi

3. Email şəxsə aid olur

4. Əsasən şirkətin ünvanı qeyd edilmir

5. Sərbəst iş qrafiki vəd edir

6. Ali təhsil və ya orta təhsil tələbləri olur

7. Pensiyada olan hərbiçiləri, həkimləri dəvət edirlər və s.

İnanmayın bu kimi vədlərə. Sonra sizi ofisə dəvət edirlər, bağdan, bostandan, təyyarədən, yatdan danışırlar. Piramidanı izah edirlər. Motivasiya dərsi keçirlər, özünə inan, əsas odur. Daha sonra ya sizə ofisdə oturub nömrələr verirlər, zəng edib, müştəri gətirməyi istəyirlər. Zəng edib deyirsiniz : “Salam, filan xarici tibbi mərkəzdəndi. Sizin nömrəniz kampaniyaya düşüb, filan filan şeylər 20 AZN-dir. ” Və ya siz dəftər götürüb, qeyd edirsiniz yaxın dostlarınızı, qohumlarınızı, dəvət edirsiniz onları da. Həmçinin məhsullardan almalısınız, istifadə etməlisiniz. İstifadə etməsəniz, insanları inandıra bilməzsiniz və s.

Vaxtınızı, ümidinizi və əlaqələrinizi itirməyin dostlar.

 

Bir cavab yazın

Back to top button