“Şeirin işığı- “işığ”ın şeiri” müsabiqəsi

Tələbələrin nəzərinə !

“Şeirin işığı- “işığ”ın şeiri” müsabiqəsi elan olunur!

Edumap.az xəbər verir ki, Müsabiqədə iştirak etmək istəyənlər 9  noyabr tarixinə qədər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər. Müsabiqədə jurnalistika fakültəsində təhsil alan hər kəs iştirak etmək hüququna malikdir.

Müsabiqənin keçirilmə qaydaları:

İştirakçılar ancaq BDU-Jurnalistika fakültəsində hazırda təhsil alan şəxslər olacaq.
1. Gənc yazarlar 18 noyabr tarixinə qədər öz şeirlərini təqdim etməlidir.
2. Hər iştirakçı müsabiqə üçün yalnız bir şeir təqdim edə bilər.
3. Təqdim olunan şeirlər əvvəllər heç bir mətbuat orqanında çap olunmamalıdır. Şeir istənilən vəzndə ola bilər.

1. Gənc yazarlar 18 noyabr tarixinə qədər öz şeirlərini təqdim etməlidir.

1. Qiymətləndirməni  “Münsif heyəti” həyata keçirəcəkdir. Bu “10 ballıq qiymətləndirmə” sisteminə uyğun aparılacaq.
2. Münsiflərə əvvəlcədən iştirakı təsdiqlənmiş tələbələrin şeirləri təqdim olunacaq və müəlliflərin anonimliyi nəticələr elan olunana qədər qorunacaqdır.
3. Sonda sponsorlar qalibləri mükafatlandıracaq. Qaliblər səs çoxluğu ilə müəyyən olunmuş ilk 5 yerdə qərarlaşacaq.
4. Anonim səsvermənin nəticələrini  təşkilatçıların formalaşdırdığı “Hesablama Komisiyası” müəyyən edəcək.

Müsabiqə “İşıq” jurnalının dəstəyi ilə həyata

keçirilir.

Bir cavab yazın

Back to top button