Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzində  işvar

Gənclər, Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzində  işvar!

Gənclərin İnkişaf və Karyera Mərkəzi Şəkidə yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar elan edir! 🤩

GİKM Şəkidə yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir.

Vakansiyalar:
-Tədbirlər və layihələr üzrə mütəxəssis
-Könüllülər üzrə mütəxəssis
-İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:
-Ali və ya orta ixtisas təhsilli olmalı;
-Analitik düşüncə bacarığı olmalı;
-Təşkilatçılıq bacarığı olmalı;
-Komandada işləmə qabiliyyəti, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
-Microsoft Office proqramlarını bilməli;
-Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır.

Müraciət etmək istəyən şəxslər [email protected] e-poçt ünvanına müraciət etdiyi vakansiyanı qeyd etməklə, 15 dekabr 2020-ci il tarixinə qədər öz CV-lərini göndərə bilərlər.

Bir cavab yazın

Back to top button