25 Sentyabr 10:48

Şəki Yay Düşərgəsi/İdeyadan Biznesə Startap Turu

28-30 sentyabr 2018-ci il tarixlərində, Şəki şəhərində yerləşən “Marxal” otelində “İdeyadan Biznesə” (“I2B”) düşərgəsi keçiriləcək.
Düşərgədə startapçılar üçün xarici və yerli texnoparkların, inkubasiya mərkəzlərinin nümayyəndələrinin iştirakı ilə biznes layihələrinin hazırlanması, müzakirəsi, təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə təlimlər keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, BMT-nin İnkişaf Proqramının, “Microsoft” şirkətinin təşkilatçı, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap düşərgəsində iştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçin.

Bəyən və paylaş