26 İyun 12:30

Seminar: Duyğularımızın Biologiyası

Yaşıl Elm platformasının və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti elmi-kütləvi seminara hər birinizi dəvət edirik. Bu dəfəki mövzumuz duyğularımızın bioloji əsasları haqqında olacaqdır. Təlimçi həkim-nevropatoloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov-dur.

Seminarda aşağıdakı mövzularaq toxunulacaq:

1. Qarşı cinsin bizdə bu qədər maraq oyatmasının səbəbi nədir?

2. Sevgi və qisqancliq necə yaranır?
3. İnsan özünə seksual partnyor seçərkən hansı amilləri nəzərə alır?
4. Niyə insanların bəziləri konflikti sülh yolu ilə, digərləri isə daha aqressiv yolla həll etməyə çalışırlar?
5. Nə üçün biz eyni şəraitdə müxtəlif davranışlar həyata keçiririk?
6. Bəzilərinin elmə, digərlərinin isə idmana maraq göstərməsinin səbəbləri nədir?
7. Empatiya necə əmələ gəlir?
8. Niyə bəziləri lider, digərləri isə tabe olmağı seçirlər?

Bütün bu sualların və daha artığının cavabı beynimizin dərinliklərində – milyonlarla hüceyrənin, onlar arasında olan bağlantıların və qarma-qarışıq kimyəvi strukturun arasında yatır. Seminar zamanı beyin üzərində müəyyən eksperimetlər ediləcək.

Seminarda iştirak ödnişsizdir. Qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyat üçün link:
https://forms.gle/25r984g87PgWmUsY7
Əlaqə: 051 714 71 11, Üzeyir Ağazadə.

Bəyən və paylaş

Rəylər

rəy(lər)