Seminar: “İncəsənət sahəsinə maliyyənin cəlb edilməsi”

Seçiləcək 25 nəfər üçün iştirak tam ödənişsiz olacaq.

Seminarın adı: “İncəsənət sahəsinə maliyyənin cəlb edilməsi”

İnstruktor: Rəna Hüseynova
Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında “Musiqi menecmenti” və “Art-menecment” fənnləri üzrə müəllimidir. Eyni fənnlər üzrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramların müəllifidir. Ölkədə və ölkədən kənarda keçirilən elmi konfranslarda iştrak edərək, müvafiq problemlərə həsr olunmuş məruzələrlə çıxış etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kulturologiya və onun ümumi məsələləri” və “Musiqi sənəti” ixtisaslarında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Musiqi sənəti sahəsində menecmentin formalaşmasının Azərbaycan mədəniyyətində rolu” mövzusunda dissertasiyanı müdafiə etmişdir.
Müxtəlif məsul vəzifələrdə çalışlb, o cümlədən:
 “ANS-Kommers” Şirkətində “Proyektlər” Departamentinin redaktoru, “Satış və xidmətlər” Departamentinin satış üzrə rəis müavini, “İstehsal, ticarət markası və reklam agentlikləri” Departamentinin rəis müavini və rəisi, “İstehsal, ticarət nişanları” Departamentinin rəisi;
 “İnformBüro” Şirkətində Mədəni-kütləvi layihələrin təşkili üzrə baş menecer.
Media və mədəni layihələrin keçirilməsi, televiziya, radio, konsert proqramlarının təşkili, marketinq, reklam, promouşn idarəetməsi üzrə ixtisaslaşmış və bu istiqamətlər üzrə zəngin təcrübəsi olan təlimçidir.

Bu seminarda əldə edəcəyiniz biliklər:

 Art-biznes sahəsində effektiv rəqabət aparmaq üçün bazarın araşdırılması, əldə olunan məlumatlar əsasında faydalı və effektiv marketinq strategiyasının müəyyən edilməsi, pozisionlaşma, qiymətqoyulma və incəsənət nümunələrinin müasir çatdırılma vasitələri.
 Mədəniyyət və incəsənət sahələrində maliyyə menecmentinin məqsədləri, büdcənin formalaşdırılması;
 Sponsorluq dərəcələri, sponsorlarla işin qurulması texnologiyaları, danışıqların aparılması, təklifin hazırlanması, sponsorluq paketinin tərtibi;
 Əhatəli nəzəri və praktiki bilikləri əldə etməklə yanaşı, dünya təcrübəsində mövcud olan mədəniyyət və incəsənət sahələrində müasir menecment mexanizmləri haqda dəyərli məlumatlar.

Proqramın mövzuları:

 İncəsənətin iqtisadi əhəmiyyəti;
 İncəsənət sahəsində marketinq fəaliyyətinin əsasları, aparıcı istiqamətləri və inkişaf yolları;
 Mədəniyyət və incəsənət sahələrində maliyyə menecmenti;
 Mədəniyyət və incəsənət layihələrinin maliyyələşdirilməsində istifadə edilən mənbələr: sponsorluq, fandreyzinq;
 İncəsənət sahəsinə sponsorların cəlb edilməsi.

Seminar tam ödənişsizdir. İştirak üçün online qeydiyyatdan keçmək mütləqdir. “Niyə bu təlimdə iştirak etmək istəyirsiniz?” sualına ƏN DOLĞUN cavab verən 25 NƏFƏR iştirak edəcək!

Online Qeydiyyatdan Linki: http://bit.ly/1wLgcEw

25 sentyabr, bazar günü, saat 15:00

Young Business Factory Mərkəzi Ofisi
Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: [email protected]com

Bir cavab yazın

Back to top button