16 İyul 16:02

Seminar: Mağaradan günümüzə – SƏNƏT

Yaşıl Elm və Bakı Gənclər Mərkəzinin birgə təşkil etdiyi növbəti maraqlı seminara hər birinizi dəvət edirik. Sosial elmlər çərçivəsində keçirəcəyimiz bu dəfəki görüşdə Sənət və onun tarixi haqqında danışacağıq. Spiker, jurnalist, tədqiqatçı, politoloq. Tarix, etnososiologiya, politologiya və etnopsixologiya sahələrində bir sıra araşdırmaların, habelə əsərlərin müəllifi Elçin Alıoğlu olacaqdır.

Seminarda aşağıdakı başlıqlara toxunulacaq:

1. Sənət sənətsizlik kimi, “Mən” və “Onlar”lı həyat

2. Azərbaycanda sənətlə dünya sənətinin eyni və fərqli yönləri
3. Mağara insanından indiyədək gələn sənət əslində qeybətdirmi?
4. Qətl, yaltaqlıq, intiqam və yalan sənət təki
5. Sənətsizliyin sənət, mədəniyyətsizliyin mədəniyyət olduğu şərtlər
6. Sənət anlayışının cinsi davranışa təsiri
7. Sənət və din, insan arasındakı əlaqələr
8. Səs, söz, insan, əşyalar – sənətin daxili və xarici.

Seminar ÖDƏNİŞSİZDİR və iştirak tam sərbəstdir.

Ünvan: Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35A, Heydər Əliyev adına istirahət parkının daxilində Ünvana Nefçilər metrosundan 35, 57, 40, 49 nömrəli avtobuslarla gələ bilərsiniz. Məkan Aygün City-nin, ASAN Xidmətin və Sabunçu rayon icra hakimiyyətinin yanında yerləşir.

Qeydiyyat linki: https://forms.gle/VqRnmzAZFvGMFhpD7
Əlaqə: 0517147111 Üzeyir Ağazadə

Bəyən və paylaş

Rəylər

rəy(lər)