27 Fevral 10:20

Seminar: Peyvəndlər haqqında hər şey

Yaşıl Elm Platforması olaraq, 03.03.2019-cu il, saat 15:00-da Caspian Plazanın konfrans zalında baş tutacaq “Peyvəndlər haqqında hər şey” adlı təşkil etdiyimiz ödənişsiz seminara hər kəsi dəvət edirik.

Seminarı Həkim, Pediatr Dr. Gülnar Abdullayeva verəcək. Dr. Gülnar Abdullayeva 2003-2009- cu ildə Azərbaycan Dövlət Tibb Universitetində Pediatriya üzrə ali təhsil almışdır.
2009-2010- cu ildə Ə.Qarayev adına xəstəxanada “Uşaq Revmotologiya” ixtisası üzrə internatura kursu keçmişdir.

2010 –cu ildə Türkiyə Dövləti, Ankara şəhərində Qazi xəstəxanasında pediateriya üzrə ixtisasartırma kursu keçmişdir.
2013 –cu ildə Türkiyə Dövləti, Ankara şəhərində Qazi xəstəxanasında “Təcili tibbi yardım”, “Poliklinika” şöbələrində pediateriya üzrə ixtisasartırma kursu keçmişdir. 2015-ci ildə Türkiyə Dövləti, Ankara şəhərində Qazi xəstəxanasında “Çocuk Metobolizma” bölümündə ixtisasartırma kursu keçmişdir.
2015 –ci ildə Azərbaycan Dövlət Sertifikasiya Komissiyasının təşkil etdiyi imtahanda iştirak etmiş və “Sertifikasiya Şəhadətnamə “sini almışdır. Hal hazırda “HB Güvən” klinikasında çalışır.

Seminarda toxunulacaq mövzulardan bəziləri:
1. Peyvən nədir?

2. Peyvəndin növləri

3. Peyvənd zərərlidi yoxsa faydalıdı?

4. Peyvənd etdirmək qaydaları

5. Peyvənd haqqında yayılmış miflər nələrdi?

6. Peyvəndlərin siyahısı və etdirmək qaydaları

Seminar ödənişsizdir və iştirak tam sərbəstdir.
Ünvan: Caspian Plaza 2-ci mərtəbə, Konfrans Zalı.
Əlaqə: 0702262928, 0517147111

Bəyən və paylaş

Rəylər

rəy(lər)