15 Dekabr 22:27

Seminar: “Youtubeda Brend Olmağın Üsulları”

Bu dəfəki “Youtubeda brend olmağın üsulları” adlı seminarımızın aparıcısı radioaparacı, analar.az saytının rəhbəri və youtube blogger Səma Abiyevadır.

Son zamanlar artan youtube bloggerlərin sayı bu formatda blog fəaliyyətinə marağın çoxaldığının əsas göstəricisidir. Bu səbəbdən də yeni vloggerinlərin işini asanlaşdırmaq, onlara tez zamanda abunəçi qazanmağın sirrlərini anlatmaq və youtube üzərindən öz brendini qurmağın hiylələrini açmaq üçün daha bir seminarımız baş tutacaq. Seminarımız ölkənin ən böyük qadın auditoriyasına sahib youtube kanalının qurucusu Səma Abiyeva tərəfindən aparılacaq. Səma xanım “Youtube-da brend olmağın üsulları” adlı seminarımızda iştirakçılara effektiv videokontentin formaşalaşdırmaq, youtubeda hədəfi düzgün seçmək metodu barədə danışmaqla yanaşı gələn qonaqlara montaj, çəkiliş, səsyazma və mətn tərtibi kimi texniki məsələlər haqda maraqlı informasiya bölüşəcəkdir.

“Youtubeda brend olmağın üsulları” seminarında bəhs ediləcək mövzular.

– İzləyicini kanala cəlb etməyin üsulları.

– Orijinal kontent yaradılma üsulu. Rəqiblərdən fərqlənmə və üstünlük.

– Youtube video düzgün necə hazırlanır? – çəkiliş, montaj, səsyazma və işıq işi.

Seminarda iştirak etmək üçün blogstar.az saytının seminar bölməsindən qeydiyyatdan keçməyiniz kifayətdir.

Tarix: 17 Dekabr, 13:00
Yer: Özsüt restoranı / Tarqovı
Son qeydiyyat tarixi: 16 Dekabr

Bəyən və paylaş

Rəylər

rəy(lər)